"PAŞA Sığorta" ASC-də Audit Komitəsi yaradılıb

16:09 07.01.2024

icbarı əmlak

"PAŞA Sığorta" ASC-də Audit Komitəsi yaradılıb.

Fins.az ASC-yə istinadən xəbər verir ki, komitənin sədri vəzifəsinə Emil İbrahimov təyin edilib.

Komitənin digər üzvləri isə Nərmin İsgəndərova və Müslim Rüstəmovdur.

Xatırladaq ki, "PAŞA Sığorta" ASC 2006-cı ildə yaradılıb və nizamnamə kapitalı 50 milyon manat təşkil edir.