Haqqımızda
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
“PROFAM”
Profam MMC 2012-ci ildə fəaliyyətə başlayan, sığorta vasitəçiliyi və sığorta sahəsində yardımçı fəaliyyət xidmətləri göstərən peşəkar şirkətdir.
Şirkətin işçi heyəti 15 ilədək sığorta təcrübəsi olan peşəkarlardan ibarətdir.
www.insure.az saytı, Profam şirkəti tərəfindən 05.05.2016-cı il tarixində yaradılmış, Azərbaycanın ilk mərkəzləşdirilmiş onlayn sığorta portalıdır.
Portalın əsas üstünlüyü Azərbaycanın qabaqcıl sığorta şirkətlərinin bir çox sığorta növləri üzrə qiymətlərini müqayisəli şəkildə müştərilərə təqdim etmək, habelə, sığorta şirkətərinin maliyyə göstəricilərini, statistik məlumatlarını, müxtəlif digər reytinqlərini müqayisə etmək imkanını yaratmaqdır.
Bundan əlavə portal Azərbaycanın sığorta məkanına aid bütün məlumatları özündə birləşdirməkdədir.
Profam MMC bir çox istiqamətlərdə fəaliyyət göstərən 4 şirkətin təsisçisi olan “Beyli Group” şirkətlər qrupuna daxildir.
Vöen 1800915501
Şirkətin fəaliyyət istiqamətləri
- könüllü və icbari sığorta növlərinin satışının təşkil edilməsi
- sığorta müqavilələri bağlanan zaman sığorta predmetinə baxışın keçirilməsi
- dəyərinin müəyyən edilməsi
- sığorta hadisələrinin araşdırılması
- dəymiş zərərin müəyyən edilməsi
- digər xidmətlərin həyata keçirilməsindən ibarətdir
Bizim üstünlüklərimiz
Bizdə cəmi 29 saniyəyə sığortanı əldə
etmək mümkündür!
Bizdə eyni anda 13 sığorta şirkətindən
təkliflər almaq mümkündür!
təhrif olunur? Bizdə məlumatlar onlayn
bazadan götürüldüyü üçün, tam güvənlidir!
Digər üstünlüklərimiz
- Sığortanı onlayn əldə etmək üçün onlarla məlumat daxil etməli olursuz?
Bizdə cəmi 2-3 məlumat daxil edərək təklif almaq mümkündür! - Seçim edərkən hansı sığorta şirkətinə etibar edəcəyinizi bilmirsiz?
Bizdə sığorta şirkətlərinin müxtəlif reytinqlərini müqayisə etmək mümkündür! - Seçim edərkən hansı şirkətin hansı təminatları verdiyini müqayisə etmək istəyirsiz?
Bizdə sığorta təminatlarını şəffaf olaraq müqayisə etmək mümkündür! - Sığorta əldə edərkən qiymətin ədalətli olduğuna şübhə edirsiz?
Bizdə qiymətləri müqayisə edib, ən doğru qiyməti seçmək mümkündür! - Sığorta haqqını bir dəfəyə ödəmək çətinlik yaradır?
Bizdə bir çox sığorta növlərində hissəvi ödəniş etmə mümkündür! - Müqaviləni tez əldə etmək istəyirsiz?
Bizdə email, whatsapp, pdf vasitəsi ilə anında müqaviləni əldə etmək mümkündür! - Müqavilənin kağız formasını da istəyirsiz?
Bizdə müqavilənin pulsuz çatdırılması xidməti də var! - Evdə oturaraq pul qazanmaq da istəyirsiz?
Bizdə partnyorluq xidməti vasitəsi ilə pul qazanma imkanı da var! - Portaldan çox istifadə edib bizdən fərqli yanaşma gözləyirsiz?
Bizdə bal toplayaraq müxtəlif pillələrə yüksəlmə imkanı da var! - Özünüzü nümunəvi sığortalı hesab edirsiz?
Bizdə bal toplayaraq könüllü sığortaları endirimlə əldə etmə imkanı da var! - Əldən sığorta alarkən bonus-malus endiriminin tətbiqinə şübhəniz olur?
Biz icbari avto sığortada bonus-malus endiriminin tətbiqinə təminat veririk! - Əldən sığorta alarkən müqavilənin sistemə vurulmasında şübhəniz olur?
Bizdə sığorta müqavilələri bir başa sistemdən yazılır! - Sığorta müqavilələrinizin çoxluğu Sizdə çaşqınlıq yaradır?
Bizdə bütün müqavilələrinizi şəxsi kabinetdə toplamaq mümkündür! - Sığorta müqaviləsinin vaxtının bitməsindən ehtiyat edirsiz?
Bizdə müqavilələrin bitmə tarixini xatırlatma xidməti də var! - Rahat xatırlatma növü də seçmək istəyirsiz?
Bizdə email, sms, push-up xatırlatma növlərini seçmə imkanı da var! - Avtomobilinizin nömrəsini dəyişmək istəyirsiz?
Bizdə müqavilə məlumatlarında dəyişiklik etmə xidməti də var! - Sığorta kompensasiyasını almaqda çətinlik yaşayacağınızı düşünürsüz?
Bizdə sığorta hadisəsi zamanı dəstək xidməti də var! - Saytdan istifadədə çətinliyiniz var?
Bizdə 7/24 saat onlayn çat və telefon müştəri xidməti də var! - Sığorta əldə etmək istəyirəm
Biz kimik?
Sayt Profam şirkəti tərəfindən 05.05.2016-cı il tarixində yaradılmış, Azərbaycanın ilk mərkəzləşdirilmiş onlayn sığorta portalıdır. Portalın əsas üstünlüyü Azərbaycanın qabaqcıl sığorta şirkətlərinin bir çox sığorta növləri üzrə qiymətlərini müqayisəli şəkildə müştərilərə təqdim etmək, habelə, sığorta şirkətərinin maliyyə göstəricilərini, statistik məlumatlarını, müxtəlif digər reytinqlərini müqayisə etmək imkanını yaratmaqdır.
Lisenziyalarımız
Tərəfdaşlarımız
Strateji tərəfdaşlarımız
Sığorta şirkətləri
Aqreqatorlar