08:38 08.04.2019
Əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemi.
Misal:
Avtomobil sahibi 80 manat sığorta haqqı ödəməklə öz mülki məsuliyyətini (icbari sığorta) bir il müddətinə sığorta etdirmiş və həmin müqavilə ilində avtomobillə heç kəsə zərər vurmamışdır.
Bu faktı nəzərə alan sığortaçı növbəti dəfə sığorta müqaviləsi bağlayarkən həmin sürücünün mülki məsuliyyətini sığortalamaq üçün 80 manat deyil, 75 manat sığorta haqqı alır və bildirir ki, hazırkı müqavilə ilində də heç bir sığorta hadisəsinin baş
verməməsi halında növbəti il sığorta haqqı 70 manat olacaqdır. Başqa bir şəxs isə, əksinə əvvəlki sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə avtomobili ilə üçüncü şəxsə zərər vurmuş və sığortaçıdan sığorta ödənişi almışdır. Buna görə də onunla
bağlanan növbəti sığorta müqaviləsində sığorta haqqı əvvəlki ildəkindən 5 manat artıq – 85 manat nəzərdə tutulmuşdur. Müəyyən hallardan asılı olaraq, sığortalıya güzəşt və ya əlavə ödəmələrin tətbiq edildiyi bu cür mexanizm bonus-malus adlanır.
Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcə
Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi açıqlaması.
ASA jurnalistlər arasında həyat sığortası mövzusu üzrə yazı müsabiqəsi elan edir
Qarlı hava şəraitində baş vermiş hadisələrə görə 3 milyon manata yaxın sığorta ödənişi nəzərdə tutulub
Azərbaycanda icbari sığorta növləri üzrə toplanan sığorta haqları 2,2% artıb .
Azərbaycan ilə Yaponiya sığorta sahəsində əməkdaşlığa başlayır.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.