www.insure.az saytında qeyd olunan şərtlər "Profam MMC" (bundan sonra – "Cəmiyyət", "Biz", "insure.az" və ya "Veb-sayt") ilə veb-saytın istifadəçisi (bundan sonra – "İstifadəçi") arasında mübadilə olunan qarşılıqlı məlumatların konfidensiallığının təmin edilməsi məqsədi daşıyır.
Bu Sənəddə insure.az dedikdə, insure.az əmtəə nişanının sahibi olan “Profam MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti nəzərdə tutulur.
Veb-saytdan istifadə etməzdən əvvəl insure.az saytının “Məxfilik Siyasəti” ilə tanış olmağınızı tövsiyə edirik:
insure.az məlumat itkisinin, məlumatların yanlış və ya qeyri-qanuni istifadə edilməsinin, eləcə də dəyişdirilməsinin qarşısını almaq üçün çoxsaylı təhlükəsizlik tədbirlərindən istifadə edir. Hazırkı tədbirlərə şifrələrin tətbiqi, təhlükəsizlik serverləri ilə əlaqə, məlumatların şifrlənməsi, ehtiyat surətlərin çıxarılması, həmçinin bloklanma və xəbərdarlıq sistemləri daxildir.
Biz bu Məxfilik Siyasətinə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özümüzdə saxlayırıq. Məxfilik Siyasətində edilən hər hansı bir dəyişiklik birbaşa insure.az saytında yerləşdiriləcəkdir.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.