Parking Kasko - Avtomobilin park edilmiş olduğu halda atılmış və ya düşmüş əşya, oğurluq və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakətlər, üçüncü şəxsin qanunazidd hərəkəti nəticəsində dəyə biləcək maddi zərərləri qarşılayan sığorta növüdür.

Kimlər üçündür?

  • Avtomobilini tez-tez küçədə park edənlər
  • Tam kasko istəməyən, amma minimal qoruma axtaranlar
  • Şəhər daxilində avtomobildən çox istifadə edənlər

Vacib qeyd:

  • Kasko sığorta - bazar dəyəri həcmində və istənilən hadisə zamanı avtomobilin tam sığortasıdır.  
  • Parking kasko - isə avtomobil hərəkətdə olmayan zaman, təminat verən və 5,000, 10,000 və 20,000 manat dəyərində olan sığortadır.

Parking kaskonun - fərqli təminat paketləri mövcuddur. 5,000 manat sığorta təminatı üçün 79 manat, 10,000 manat sığorta təminatı üçün 99 manat, 20,000 manat sığorta təminatı üçün 199 manat ödəyərək əldə edə bilərsiz.

Avtomobilin parking kasko sigorta qiymetleri - kakso sığorta almaq istəyənlər üçün İnsure.az və Paşa Sığortadan unikal və sərfəli kasko paketi təklif. Onlayn olaraq kasko sigortanı asanlıqla əldə et. Aşağıdakı isə onlayn ala biləcəyiniz Parking kasko məhsuludur. Kakso sigorta xidmətimizdən elə indi, onlayn şəkildə yaralana bilərsiniz.

Parking kasko - məhsulu yol nəqliyyat hadisələrinə təminat vermir. Sığorta hadisəsi, müştəri sükan arxasında olduğu halda baş verərsə belə, təminat əldə edə bilər. Müştəri, sığorta hadisəsi baş verdiyi halda, avtomobilinin təmirini aşağıdakı şərtlər üzrə rəsmi və ya qeyri-rəsmi servislərdə həyata keçirə bilər. Yaşı 5 və ya aşağı olan avtonəqliyyat vasitələri üçün (5-ci il də daxil olmaqla) təmir, rəsmi və ya qeyri-rəsmi servislərdə həyata keçiriləcək. Yaşı 5 ildən yuxarı avtonəqliyyat vasitələri üçün təmir, yalnız qeyri-rəsmi servislərdə həyata keçiriləcək.

Parking kasko paketi - xüsusi kasko sığorta məhsuludur və ancaq İnsure.az və Paşa Sığortanın birgə əməkdaşlığı ilə sizə təklif edilir. Əgər siz tam kasko almaq istəmirsinizsə cəmi 99 AZN ödəməklə 10 min manatlıq sığorta təminatını əldə edə bilirsiniz. İnsure.az ancaq sizin üçün çalışır və sığorta bazarını maksimum dinamikləşdirməyi özünə vəzifə olaraq qoymuşdur. Bu da bizim ilk xüsusi kasko paket təklifimizdir. Yaxın gələcəkdə digər paketlərimiz də sizə təqdim olunacaq.

Onlayn Kasko sigorta əldə etmək imkanını qaçırma - Onlayn Kasko sığorta sizin maşınınızı tam olaraq sigorta edir. Kasko sigorta paketlərini əldə etmək üçün sizə ən rahat üsul olaraq insure.az portalını təklif edirik. Siz Parking kasko sığorta paketindən əlavə tam kasko sığorta paketlərini də bizə müraciət edərək əldə edə bilərsiniz.

KASKO sığortasının qiymətinini müəyyən edilməsi - Kasko sığorta alışı zamanı sığorta şirkətləri tərəfindən avtomobilin mühərrik həcmi, real bazar dəyəri, vəziyyəti, marka və modeli dəyərləndirilərək qiymət təyin edilir. Hətta bu qiymət təyin etmə mexanizminə sizin sürücülük təcrübənizin də təsiri mövcuddur. İnsure.az sizin üçün müxtəlif sığorta şirkətləri ilə əməkdaşlıq etdiyi üçün ən uyğun kasko sığorta paketlərini və müxtləif formatlı kasko sığorta paketlərini təklif edə bilir. Bunun üçün sadəcə bizimlə əlaqə saxlamanız yetərlidir. Biz sizin üçün Paşa Sığorta, Atəşgah sığorta, Bakı Sığorta, Xalq Sığorta və digər şirkətlərin təkliflərini bir gün ərzində verə bilirik.

Kasko Sığorta Almaq artıq daha asandır - Kasko sığorta almaq üçün bizə zəng etməyiniz kifayətdir. Biz sizə ən sərfəli paketi ən qısa zamanda təmin edə bilirik. Eyni zamanda sizə kasko sigorta ödənişi üçün hissəli ödəniş şərtləri də təklif edə bilirik.

Daha çox göstər Daha az göstər