Bu ilin yanvar-iyun aylarında Azərbaycanda digər icbari sığorta bazarı üzrə 22 min manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 55,5% azalaraq 0,3 milyon manat olub.