Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta yığımlarının həcmi 797,624 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 10,4% azalaraq 359,296 milyon manat təşkil edib.
Başqa sözlə, sığorta bazarının zərərliliyi 20,7% azalıb.
Belə ki, hesabat dövründə toplanan hər 100 manat sığorta haqqının 45 manatı ödənişə yönəldilibsə, ötən ilin eyni dövründə bu rəqəm 56,8 manat təşkil edib.
Mənbə: Fins.az