preloader gif

Prezident "İcbari sığortalar haqqında" qanuna dəyişikliyi təsdiqlədi - FƏRMAN


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
16:14 15.11.2022

Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə“ Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 610-VIQD nömrəli Qanununun tətbiqi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə  Fərman imzalayıb.

FED.az xəbər verir ki, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə“ Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 610-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 794; 2013, № 11, maddə 1340; 2014, № 12, maddə 1569; 2017, № 1, maddə 60, № 8, maddə 1521; 2018, № 9, maddə 1840; 2022, № 5, maddə 475; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 avqust tarixli 1784 nömrəli Fərmanı) 4.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“4.3. həmin Qanunun 34-2.0-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

4.3.1. Qanunun 34-2.0.1-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

4.3.2. Qanunun 34-2.0.2-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

4.3.3. Qanunun 34-2.0.3-cü maddəsinə münasibətdə – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4.3.4. Qanunun 34-2.0.4-cü maddəsində nəzərdə tutulan hava, su (Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində və Azərbaycan Respublikasının Berbout-çarter Reyestrində qeydiyyata alınmış) və dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, texnoloji nəqliyyat vasitələri, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, digər nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

4.3.5. Qanunun 34-2.0.5-ci və 34-2.0.6-cı maddələrinə münasibətdə – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

4.3.6. Qanunun 34-2.0.7-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;

4.3.7. Qanunun 34-2.0.8-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4.3.8. Qanunun 34-2.0.9-cu maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

4.3.9. Qanunun 34-2.0.10-cu maddəsində nəzərdə tutulan kənd təsərrüfatı texnikasına münasibətdə – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, digər nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə“ Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 610-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. İcbari Sığorta Bürosuna tövsiyə edilsin ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-2-ci və 34-4-cü maddələrinə əsasən aidiyyəti qurumların informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsi, həmin ehtiyat və sistemlərdə olan sənədlərin, habelə informasiyanın qanunla müəyyən edilmiş qaydada əldə edilməsi, elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunması və istifadəçilərin onlardan istifadəsinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edilməsi üçün tədbirlər görsün.

***

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788; 2013, № 7, maddə 776; 2014, № 7, maddə 778, № 12, maddə 1523; 2016, № 2 (I kitab), maddə 185, № 3, maddə 414; 2017, № 2, maddə 149, № 7, maddə 1287; 2019, № 1, maddələr 27, 48; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 897) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8-ci maddə üzrə:

1.1.1. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.”;

1.1.2. aşağıdakı məzmunda 8.1-2-ci maddə əlavə edilsin:

“8.1-2. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır.”;

1.2. 9-cu maddə üzrə:

1.2.1. 9.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir.”;

1.2.2. 9.2-ci maddə ləğv edilsin;

1.2.3. 9.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“9.3. İcbari sığorta şəhadətnaməsinin məzmunu və forması Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hər bir icbari sığorta növü üzrə ayrı-ayrılıqda müəyyən edilir.”;

1.2.4. 9.6-cı maddədə “İcbari” sözü “Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş icbari” sözləri ilə əvəz edilsin;

1.2.5. aşağıdakı məzmunda 9.7-ci maddə əlavə edilsin:

“9.7. Sığortaçı və İcbari Sığorta Bürosu sığortalının və ya sığorta olunanın elektron sənəd formasında olan icbari sığorta şəhadətnaməsinə ən azı 5 il müddətində əlçatanlığını, habelə onu kağız daşıyıcıya keçirmək və elektron poçt ünvanına yönləndirmək imkanını təmin etməlidir.”;

1.3. 13.4-cü maddədə “sığorta müqaviləsində” sözləri “icbari sığorta şəhadətnaməsində” sözləri ilə əvəz edilsin;

1.4. 22.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“22.1.2. bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi üzrə sığorta şəhadətnaməsi itirildikdə, onun dublikatını ödənişsiz almaq;”;

1.5. 23.1.5-ci və 27.1.7-3-cü maddələr ləğv edilsin;

1.6. 34-1.1-ci maddəyə “sığorta hadisələri,” sözlərindən sonra “yol-nəqliyyat hadisəsi iştirakçılarının elektron formada tərtib etdiyi protokol (elektron formada tərtib edildiyi halda),” sözləri əlavə edilsin;

1.7. 34-2-ci maddə üzrə:

1.7.1. 34-2.0.4-cü maddəyə “əks olunan” sözlərindən sonra “, habelə avtomobil nəqliyyatı vasitələrindəki sərnişin yerlərinin sayı barədə” sözləri əlavə edilsin;

1.7.2. 34-2.0.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 34-2.0.7–34-2.0.10-cu maddələr əlavə edilsin:

“34-2.0.7. bu Qanunun 34-2.0.4-cü maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunan məlumatlar;

34-2.0.8. daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın məzmununda əks olunan məlumatlar;

34-2.0.9. daşınmaz əmlakın və nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilədə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamədə əks olunan məlumatlar;

34-2.0.10. sürücülük vəsiqəsində əks olunan məlumatlar.”;

1.8. 34-4-cü maddə üzrə:

1.8.1. 34-4.0.1-ci maddədə “və həmin müqavilələr üzrə” sözləri “, həmin müqavilələr üzrə bu Qanunun 58.2-1-ci maddəsinə uyğun olaraq tərtib edilmiş elektron protokol və” sözləri ilə əvəz edilsin;

1.8.2. 34-4.0.2-ci maddədə “müqavilələri” sözü “müqavilələrinə, həmin müqavilələr üzrə bu Qanunun 58.2-1-ci maddəsinə uyğun olaraq tərtib edilmiş elektron protokola” sözləri ilə əvəz edilsin;

1.9. 50-3-cü maddə ləğv edilsin;

1.10. 58-ci maddə üzrə:

1.10.1. 58.2-ci, 58.2.3-cü və 58.2.4-cü (hər iki halda) maddələrdə “hadisə” sözü “yol-nəqliyyat hadisəsi” sözləri ilə əvəz edilsin;

1.10.2. 58.2.1-ci maddədə “Hadisə” sözü “Yol-nəqliyyat hadisəsi” sözləri ilə əvəz edilsin;

1.10.3. 58.2.2-ci maddədə “hadisənin” sözü “yol-nəqliyyat hadisəsinin” sözləri ilə, “tərəflər” sözü “yol-nəqliyyat hadisəsi iştirakçıları” sözləri ilə əvəz edilsin;

1.10.4. aşağıdakı məzmunda 58.2-1-ci maddə əlavə edilsin:

“58.2-1. Bu Qanunun 58.2-ci maddəsi ilə müəyyən edilmiş protokol informasiya sistemi vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində tərtib oluna bilər.”;

1.11. 63-3.0.3-cü maddədə “etdirmək” sözü “etdirməklə sığortaçılara ödənişsiz təqdim etmək və onların uçotunu aparmaq” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun qüvvəyə minənədək kağız formada verilmiş icbari sığorta şəhadətnaməsi elektron sənəd formasında tərtib edilmiş icbari sığorta şəhadətnaməsinə bərabər tutulur. Kağız formada verilmiş icbari sığorta şəhadətnaməsi itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə sığortalıya dublikatın əvəzində elektron sənəd formasında tərtib edilmiş icbari sığorta şəhadətnaməsi təqdim edilir.

 Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET