preloader gif

Əməkhaqqı fondunun “ağarması” prosesi sığorta ödənişlərini - ARTIRIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
12:36 15.11.2022

Cari ilin yanvar-oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 mlrd. manata yaxın təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4% və ya 573,6 mln. manat artıb.

FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 mlrd. manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,6% artaraq 128,4 mln. manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 19,9% artaraq 95,3 mln. manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% artıb və 662 mln. manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 50,7% artaraq 461,6 mln. manat təşkil edib. (Apa)

SIĞORTANI İNDİ ƏLDƏ ET