Həyat Sığortası
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Həyat sığortası üzrə tam olaraq online şəkildə əldə edilən sığorta paketlərini cəmi 3 dəqiqədə əldə et. Həyat sığortası ilə həyatınızı sığortalayın. “Meqa Həyat” sığorta şirkəti və “Insure.az” - Online Sığorta Portalı Azərbaycanda ilk dəfə olaraq həyat sığortası üzrə tam olaraq online şəkildə əldə edilən “Ekspres Həyat” sığorta məhsulunu istifadəyə verib. “Ekspres Həyat” sığorta məhsulu bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta təminatı verir. Bu sığorta məhsulu müvafiq səbəblərdən vəfat etdikdə yaxınlarınızın maddi cəhətdən sarsılmaması üçün olan sığorta növüdür.
Həyat Sığortası məhsulunun əsas üstünlükləri:
- Sığortalanmaq üçün hər hansı bir sorğu anket formasının doldurulmasına, tibbi müayinəyə ehtiyac yoxdur.
- Sığorta müqaviləsinin bağlanması cəmi 3 dəqiqə çəkir və məhsulu tam olaraq online əldə edib, online ödəmək mümkündür.
- Tələb olunan yeganəməlumat şəxsiyyət vəsiqəsinin məlumatlarıdır
- Sığorta təminatı 24/7 və dünyanın istənilən ölkəsində qüvvədədir.
- Sığortalanmaq istəyən şəxs öz büdcənizdən asılı olaraq sığorta təminatını 3 fərqli paketdən (Ekspres, Ekspres+, Ekspres++) və 8 fərqli limitdən (1000 AZN-dən 25 000 AZN-dək) seçə bilər.
Həyat Sığortası ilə Bədbəxt hadisələrdən sığorta
Bədbəxt hadisə dedikdə nə nəzərdə tutulur? Xarici amillərin təsiri nəticəsində faktiki baş verən, sığorta olunanın sağlamlığının pozulmasına, əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsinə və ya ölümünə səbəb olan qəfil, gözlənilməz hallar başa düşülür. Bu hallara aid etmək olar: Avtomobil qəzası, kənar predmentlərin yuxarıdan düşməsi, yerüstü nəqliyyat vasitələrinin dəyməsi, yanğın, partlayış, elektrik cərəyanı vurması, gün vurması, donma, suda boğulma, dəm qazından boğulma, vəhşi heyvanların hücumu, ilan və ya həşəratların çalması nəticəsində zəhərlənmə, zəhərli bitkilər, kimyəvi maddələr, keyfiyyətsiz ərzaq məhullarının təsirindən təsadüfi olaraq kəskin zəhərlənmə halları və s.
Peşə xəstəliyi dedikdə isə əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik başa düşülür.
Həyat sığortasi ilə peşə xəstəliyi və bədbəxt hadisədən özünüzü sığortalamaq çox zəruridir.
Həyat sığortası hansı öhdəliyi daşıyır?
Həyat sığortası müqaviləsinə görə Sığortaçı müqavilə ilə razılaşdırılmış və sığortalının ödədiyi sığorta haqqı müqabilində sığortalının müqavilədə göstərilmiş sığorta riskləri üzrə sığorta hadisəsinin baş verdiyi halda müqavilə ilə razılaşdırılmış həyat sığortası məbləğini faydalanan şəxsə ödəməyi öhdəsinə götürür.
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsini bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
Həyat Sığortası Sahəsi Könüllü Sığorta
"Həyat Sığortası" sığorta növü sığorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, ümumi, yaxud peşə əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığına başqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən edilən məbləğdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.