preloader gif

Azərbaycanlı turistlər bu yay istirahət üçün hansı ölkələrə - GEDİR?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
11:13 12.08.2022

Azərbaycanlı turistlər bu yay istirahət üçün əsasən Türkiyəyə üz tuturlar.

FED.az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, ölkəmizdən Türkiyəyə səfər sayının çox olmasının bir neçə səbəbi var.

"Azərbaycanlı turistlərin Türkiyəyə marağında yolun yaxınlığı, dilimizin və dinimizin bir olması əsas rol oynayır. Bundan başqa qardaş ölkənin turizm potensialı çox yüksəkdir. Türkiyədən sonra Misirə və Monteneqroya gedənlərin sayı da kifayət qədərdir. Monteneqro ilə ölkəmiz arasında viza rejimi ləğv edildikdən sonra turist sayında artım var. Bu sadaladığım ölkələr bu yay azərbaycanlı turistlərin ən çox getdiyi üçlükdədir",- deyə o qeyd edib. (Trend)

Mənbə:  Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET