preloader gif

Azərbaycanın avtomobil bazarında Çin Rusiyanın yerini tutmağa - BAŞLAYIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
11:07 12.08.2022

Avtomobil bazarında Rusiya avtomobillərinin yerini Çin istehsalı olan avtomobillər tutmağa başlayıb.

FED.az xəbər verir ki, bu barədə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, Rusiya avtomobilləri komfortuna görə, digər ölkələrin istehsal etdiyi avtomobillərə uduzur.

"Lakin Azərbaycanın bölgələrində Rusiya istehsalı olan avtomobillərə hələ də tələbat yüksəkdir. Bölgələrdə Rusiya istehsalı olan avtomobillərə tələbatın yüksək olmasının əsas səbəbləri həmin avtomobillərin təmir məntəqələrinin mövcudluğu və ehtiyyat hissələrinin ucuz olmasıdır".

Ekspert qeyd edib ki, bütün bunlara baxmayaraq Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın avtomobil sənayesi demək olar ki, çöküb.

"Hazırda Rusiya ixrac üçün avtomobil istehsal etmir və bu ölkənin istehsal etdiyi avtomobillər xarici bazarlardakı mövqeyini itirib. Bunu ölkəmizin avtomobil bazarında da müşahidə etmək olar",- deyə E.Cəfərov bildirib. (Trend)

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET