preloader gif

Ata Sığorta | Şirkət Haqqında


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!


Şirkət
Ata Sığorta
Sədr
Əliyev Museyib
Lisenziya
000000
Vöen
1400094571
Nömrə
Ünvan
Z.Əliyeva küç.55 AZ1000, Bakı, Azərbaycan
Elektron Ünvan
Təsvir

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. 2014-cü ilin may ayının 6-dan etibarən təkrarsığorta fəaliyyətini həyata keçirmək üçün lisenziya almış və qanunvericiliyə uyğun olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olmuşdur.

Təsisçisinin (səhmdarı) AtaHolding MMC olduğu şirkətin ödənilmiş nizamnamə kapitalı 12,4 mln. AZN təşkil edir.

Şirkət, fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. AtaSığorta, müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir.

AtaSığorta şirkəti 28 növ : 24 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. vardır.