Şirkətlər üzrə rəylər

Siz bu səhifədə müxtəlif sığorta şirkətlərinə yazılan rəyləri görə bilərsiniz. Həmçinin siz də qiymətləndirə
və şərh yaza bilərsiniz.

Günay Sığorta

Günay Sığorta

star +1

Mövzu: Şikayət

ilk öncə bildirim ki, 1 bal verməyimə baxmayaraq hətta bu da Günay sigorta üçün çoxdur. 2021 ci ilin Oktyabr ayında baş vermiş sığorta hadisəsi üçün ödəniş artıq 3 aya çatır ki, ödənilmir. Telefonlara cavab vermirlər. Vətəndaşlarla danışıqlarını bilmirlər. Bu sığortadan ancaq süründürməçilik gördüm. Dəymiş zərərin 3 də biri qədər ödəniş təklif edirlər. Müstəqil ekspertin müəyyən edilməsi üçün 1 aydır uzadırlar. Mərkəzi bank tərəfindən akreditasiya edilmiş sərbəst ekspertlərin seçilməsi üçün xüsusi razılıq tələb edirlər sədrlərindən. Gunay Sığorta kimi sığorta təşkilatları azərbaycan sığorta bazarının reytinini aşağı salır və vətəndaşların sığortaya olan güvənini azaldır. Düşünürəm ki, sığorta şirkətlərinə lisenziya verərkən və geri çağrılması üçün vətəndaş məmnuniyyəti nəzərə alınmalıdır.

Status : Təsdiqlənməyib

date

09:35 28.12.2021

Günay Sığorta

Salam Hörmətli İzləyici, zəhmət olmasa, avtomobilinizin nömrəsinizi qeyd edərdiniz.

date

2022-02-11 16:26:43