Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Mənim 99RR779 dövlət nömrə nişanlı VW avtomobilim 28 noyabr tarixində parkinqdə durduğu vaxt Audi 10RA271 avtomobili tərəfindən vurulmuş, nəticədə avtomobilin sol qabaq qapısı, sol arxa qanadı, sol içəri dayağı və fənəri zədə almışdır. Polis hadisəni qeydə alaraq mənə dəymiş ziyanın ödənilməsi üçün qarşı tərəfin sığortaçısı AZSIĞORTA MMC-yə yönləndirmişdir.
Rəsmi servisdə zərər 980 AZN olaraq qiymətləndirilmişdir. Lakin AZSIĞORTA rəhbərliyi absurd olaraq rəsmi servisin xidmətlərinin baha olması bəhanəsilə əvvəlcə vizual olaraq 350 AZN, sıradan başqa servis qiymətləndirməsindən sonra 450 AZN olaraq qiymətləndirdi. Təbii ki, razı olmadığım təqdirdə iş müstəqil ekspertə getdi və ekspert zərəri 780 AZN qiymətləndirdi. Bundan sonra sığorta agentliyi mənə 650 AZN maksimal məbləğ ödəyə biləcəyini bildirdi. Ekspertin rəyinə də məhəl qoymadı, şikayət edəcəyim təqdirdə də heç nə etməyəcəklərini bildirdilər.
Cənab prezident icbari sığortanın vacibliyi və prioritetinin artırılması ilə bağlı sərəncamlar imzalayır, gələn ildən həyat sığortasına görə maaşımızdan tutulur, əmlakımz icbari sığortalanır, ticatər mərkəzində son günlərdə baş vermiş bədbəxt hadisələrə qablayıcı tədbirlər olaraq məhz sığorta ilə bağlı tədbirlər görməyi televiziya vasitəsilə bütün məmurlara tapşırır. Bu tərəfdən isə AZSIĞORTA sığorta şirkəti özbaşınalıq edir, zərər çəkmişlərdən manipulyasiya edərək prosesləri süni olaraq ləngidir və get-gələ salır. Bu səbəbdən dövlət başçısının müsbət sayılan islahatları kölgədə qalır, inamsızlıq və sahibkarların çirkin əməllərinin qurbanı olur.