preloader gif

“Sığorta Festivalı” bu dəfə Şəki şəhəri sakinlərinin görüşünə gəlib.


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

17:11 05.09.2023

“Sığorta Festivalı” bu dəfə Şəki şəhəri sakinlərinin görüşünə gəlib.

Fins.az xəbər verir ki, “Həyat sığorta ilə rahat” devizi ilə keçirilən festival İsmayıllıdan sonra 31 avqust tarixdə Şəki şəhərində yerləşən Bəxtiyar Vahabzadə parkında baş tutub. Tədbir ərzində müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Festivalda sığorta şirkətləri iştirak ediblər və tədbirin gedişində iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı verlib.

Festivalın növbəti tədbiri 1 sentyabr tarixində saat 15:00-dan 18:00-dək Zaqatala rayonu Mədəniyyət mərkəzinin qarşısında baş tutacaq.

Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.

SIĞORTANI İNDİ ƏLDƏ ET