preloader gif

Sığorta Agentlərinin Assosiasiyası Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə "Təbiəti Qoru-Gələcəyini sığortala’’ adlı ekoloji aksiya keçirib.


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

16:56 05.09.2023

Sığorta Agentlərinin Assosiasiyası Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə "Təbiəti Qoru-Gələcəyini sığortala’’ adlı ekoloji aksiya keçirib.

Fins.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiya bu gün səhər saatlarında Sumqayıt şəhərində “Xəzər Bağları”ında baş tutub. Aksiyada çimərlik ərazisi tullantılardan təmizlənib.

Sığorta Agentləri Assosiasiyasının təsisçisi Vüsal Bədəlov bildirib ki, bu gün aksiyada ümumilikdə 100-ə yaxın sığorta agenti və media nümayəndələri iştirak ediblər:

"Aksiya zamanı dəniz kənarında 2 hektara yaxın ərazi tullantılardan təmizlənib. Ümumilikdə 200 kq-dan artıq tullantı poliqona göndərilib".

Vüsal Bədəlov həmçinin əlavə edib ki, assosiasiya tərəfindən bu cür ekoloji aksiyaların mütəmadi keçirilməsi nəzərdə tutulur.

Fuad Mədətov
Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET