Son günlər “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) korrupsiya yoxlamalarına başlanılması ilə bağlı iddialar yayılıb.
FED.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, yoxlamalar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi yoxlama qrupu tərəfindən aparılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətindən bildirildi ki, iddialar həqiqəti əks etdirmir: “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamaların aparılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən AZAL-da hansısa yoxlama aparılmır. Bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Qeyd edək ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir. (Qafqazinfo)
Mənbə: Fed.az