Sentyabr ayında erməni təxribatı nəticəsində həlak olmuş igidlərimizin xəbəri hərkəsi sarsıtdı. Bu səbəbdən PAŞA Sığortanın təşəbbüsü və PAŞA Holdinqin dəstəyi ilə “Şəhidlərimiz naminə çıxdığımız bu yola sən də qoşul” şüarı altında şəhid ailələrinə ziyarətlər həyata keçirildi, ehsan süfrələri açıldı.
PAŞA Qrup əməkdaşları iki istiqamətdə bu tədbirin bir parçasına çevrildilər. Bir qrup əməkdaş bir araya gələrək şəhid ailələri üçün ehsan payı hazırlayıb və hazırlanmış bu paylar ölkəmizin müxtəlif bölgələrində məskunlaşmış 77 şəhid ailəsinə paylanılmışdır.
Digər qrup əməkdaşlar isə Gəncə və Lənkəran bölgələrinə üz tutaraq şəhidlərimizin xatirəsinə ehsan süfrələri təşkil ediblər. Ehsan süfrəsinə 500-dən artıq şəhər sakini qatılıb.
Daha sonra PAŞA Sığorta və PAŞA Holding şirkətinin əməkdaşları Mingəçevir Şəhidlər Xiyabanı ziyarət ediblər.
Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Mənbə: Fins.az