preloader gif

«Land Cruiser Prado»nin yeni versiyası buraxıldı


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:57 08.08.2022

«Toyota»nın bütün dünyada ən populyar modellərindən olan «Land Cruiser Prado»nun yeni versiyası buraxılıb. 

FED.az xəbər verir ki, «Toyota Land Cruiser Prado 2022»nin yeni modifikasiyası hələlik yalnız Yaponiyada satılır. 

«Package Matt Black Edition» adlanan yeni versiya əvvəlkilərdən yalnız stilindəki bəzi dəyişikliklərə görə fərqlənir. «Package Matt Black Edition»da 18-düymlük və parlamayan («mat») disklər quraşdırılıb. Dumana qarşı faraların ətrafındakı kantlar da eyni rəngdədir.

Qalan məsələlərdə yeni versiya əvvəlkilərdən fərqlənmir. Maşını baza versiyada yenə də 2,7-litrlik  163 at gücü olan mühərrik hərəkətə gətirir, hansı ki, ekspetlərin fikrincə, bu avtomobil üçün zəifdir. Amma daha bahalı variantlar da var – 2,8 litrlik avtomobilin gücü 204 at gücü qədərdir. Fırlanma momenti 500 N*m-dir və 6-pilləli avtomat sürət qutusu ilə hərəkət edir. 

Amma artıq açıqlanan məlumatlara görə, gələn ildən «Toyota Land Cruiser Prado»da daha ciddi dəyişikliklər olacaq, maşının qabarit ölçüləri olduğu kimi qalsa da,  təkər bazası bir qədər də artaraq 2810 milli metrə çatacaq. Avtomobil yeni TNGA-F platforması üzərində yığılacaq, onun xarici görünüşündə də dəyişikliklər nəzərdə tutulub. Burada «Land Cruiser 300»də istifadə olunan yeniliklərdən də istifadə ediləcək. 

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET