Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Оценка
+3
Подтверждено
Meqa Sığorta
Hörmətli müştəri, Bəhs olunan şikayətlə bağlı nəzərinizə çatdırırıq ki, vətəndaş tərəfindən Cəmiyyətimizin ünvanına yönəldilmiş iddialar tam əsassızdır. Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə Cəmiyyətimizdə sığortalanmış Eldarov Şərafəddin Saleh oğluna məxsus “Hyundai Elantra” markalı 99 XA 037 dövlət qeydiyyat nişanlı avtomobilin 27.10.2017-ci il tarixdə Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndinin 6-cı km-liyində idarəetməni itirərək yolun kənarındakı yaşayış sahəsinin hasarına dəyməsi ilə müşayiət olunan yol-nəqliyyat hadisəsi tərəfimizdən tam təfsilatı ilə araşdırılmışdır. Belə ki, sığortalı Eldarov Şərafəddin Saleh oğlu həmin yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə dəymiş zərərin ilkin qiymətləndirilməsi zamanı müəyyən edilmiş zərər məbləği ilə razılaşmamış, nəticədə avtomobilinə dəymiş zərərin qiymətləndirilməsinin yenidən “Auto Azərbaycan” MMCdə keçirilməsinin təmin edilməsi üçün 16.01.2018-ci il tarixli ərizə ilə Cəmiyyətimizə müraciət etmişdir. Sığortalının həmin ərizəsini nəzərə alaraq, “Hyundai Elantra” markalı 99 XA 037 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən olunması üçün Hyundai avtomobillərinin rəsmi distribüteri olan “Auto Azərbaycan” MMC-yə müraciət olunmuşdur. Həmin cəmiyyət də sığortalı avtomobilə dəymiş zərər məbləğini 19576 manat qiymətləndirmişdir. Lakin Cəmiyyətimiz bununla da kifayətlənməyərək, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini rəhbər tutmuş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada reyestrə daxil edilmiş müstəqil ekspertə müraciət etmiş, müstəqil ekspert də qiymətləndirmə barədə rəyində sığortalı avtomobilə dəymiş zərər məbləğinin 19576 manat, real bazar dəyərinin 19800 manat, qalıq dəyərinin isə 11000 manat olması qənaətinə gəlmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə qaydaların (bundan sonra “qaydalar”) 33.2.2-ci maddəsinə əsasən əgər avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmir və ya bərpasına tələb olunan xərclər avtomobilin bazar dəyərinin 75%-ni və daha çox hissəsini təşkil etdikdə avtomobil tam məhv olmuş hesab olunur. Həmin qaydaların 33.2.2.1.1-ci maddəsinə əsasən sığortaçının avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq hüququ var (Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya özü alır). Yuxarıda sadalanan müddəaları nəzərə alaraq Cəmiyyətimiz sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan bütün sənədlər toplandıqdan sonra sığortalı Eldarov Şərafəddin Saleh oğluna məktubla sığorta ödənişinin məbləğini bildirmişdir. Lakin sığortalı sığorta ödənişinin məbləği ilə razılaşmamış və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət məktubu ünvalamışdır. Cəmiyyətimiz sığortalı Eldarov Şərafəddin Saleh oğlunun şikayət məktubunu, həmçinin onun sığorta ödənişinin məbləğindən narazılığını əsas götürərək və qaydaların 19.2-ci bəndini rəhbər tutaraq tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada reyestrə daxil edilmiş müstəqil ekspert tərəfindən sığortalı avtomobilə dəymiş zərər məbləğinin yenidən qiymətləndirilməsini qərara almış və bununla əlaqədar tərəfimizdən müstəqil ekspertin təyin olunması üçün Eldarov Şərafəddin Saleh oğlunun cəmiyyətimizə yaxınlaşması üçün dəvət məktubu ünvanlanmışdır. Lakin bu günədək Eldarov Şərafəddin Saleh oğlu tərəfindən bizə heç bir münasibət bildirilməmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi tərəfimizdən sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtomobilə dəymiş zərər məbləğinin ədalətli qiymətləndirilməsi və sığorta ödənişi ilə bağlı sığortalının narazılığının aradan qaldırılması istiqamətində bütün mümkün addımlar atılmışdır.
2018-05-04 12:28:40