Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Avgust ayınin 26 tarixində , başqa sürücünün səhfinnən qəzayə düşmüşəm . Mənim avtomobilim 2018 ilin buraxılışı və garantiyada olduğuna görə , CASCO ATA sığortama müraciət elədim . Məndən bütün lazım olan sənədləri əldə elədilər . Düz iki ay mən ofislarinə getdim gəldim . Avtomobilim ilə bağlı ATA Sığortanın əməkdaşı Əmirulla (TOYOTA) servislə əlaqə saxlayıb zəmanət verdiki bəs problemi yoxdu düzəldin maşını . Avtomobilin 4205 AZN xərci var idi . Avtomobili rəsmi qaydada təmir eləyən TOYOTA servis pulun köçürülmədiyinə görə avtomobilimi götürə bilmirdim . ATA sığortada Əmirulladan soruşdumki dəqiq odəniləcək onusta , hələlik öz pulum ilə maşini çixardım sonram siz verərsiz , belə razılaşdıq . Bu gözəl məsələnin ahırıda o olduki ATA sığortadan İMTİNA aldım . Bu məsələ ilə tək mən narazı deyiləm , minlərlə insanlar oların qapısında sinir və əsəb sisteminin məğv oluinmasına məhruz qalırlar . qanunsuzduğa son qoyulmalıdı .
Mənim avtomobilim TOYOTA Rav-4 , dövlət qeydiyyat nişanı 99-NJ-027 .
İşin nömrəsi CM-244/18 idi .
Hörmətlə İnal Əskərov .