Axa Mbaskdan "Sağlam Həyat" Tibbi Sığorta Proqramı
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
AXA MBASK Sığorta Şirkəti “Sağlam həyat” adlı könüllü tibbi sığorta polisini təklif edir. “Sağlam həyat” fiziki şəxslər üçün YALNIZ STASİONAR XİDMƏT təklif edən, ölkənin sığorta bazarında analoqu olmayan tamamilə yeni məhsuldur
16 yaşdan etibarən 60 yaşa qədər olan hər bir fiziki şəxs tibbi sığorta planına daxil olmaq hüququna malikdir
MƏSULLİYƏT HƏDDİ
“Sığorta planına daxil olmayanlar” bölməsində göstərilənlər istisna olmaqla, Sığorta Şirkəti aşağıda qeyd olunan sığorta məsuliyyəti həddində Sizin bütün tibbi xərclərinizi ödəyir:
- - Ümumi illik limit - 30,000 AZN
- - Gözləmə müddəti – 6 ay
- - Fasiləsiz olaraq xəstəxanada qalma müddəti - 60 gün
- - Əhatə ərazisi - Azərbaycan Respublikası
- - SIĞORTA HAQQI – 200 AZN
GÖZLƏMƏ MÜDDƏTİ
Bu müddət ərzində heç bir cərrahiyə əməliyatları və stasionar yardım xərcləri üzrə təminat verilmir, hətta baxmayaraq ki, bu hadisələr kəskin və qəfil olaraq baş vermişdir (bədbəxt hadisə nəticəsində yaranan hallar istisna olaraq təminata daxildir).
TƏMİNATA DAXİL OLANLAR:
Əsas təminatın təsviri:
- - Cərrahi əməliyyatlarin aparılması
- - Mütəxəssis həkimlər tərəfindən aparılan müalicə (fizioterapiya, tibbi massaj, müalicəvi idman, akupunktura, manual terapiya daxil olmaqla)
- - Diaqnostik-instrumental və laborator tədqiqatların aparılması
- - Təyin edilmiş dərmanlarla təmin edilmə
- - Əməliyyatdan sonrakı və ümumi qayğı
- - Reanimasiya
- - Reabilitasiya
- - Xəstənin qida və palata ilə təmin edilməsi (təminata ikinəfərlik standart palata daxildir)
Reabilitasiya: Bilavasitə keçirilmiş cərrahiyyə əməliyyatı ilə əlaqədar olaraq və tibbi göstərişin olması şərtilə, Sığorta planı çərcivəsində Cərrahiyyə əməliyyatı keçirildikdən sonra 3 ay müddət ərzində diaqnostik, laborator tədqiqatların aparılmasına və mütəxəssis həkimlərin müayinəsi üzrə təminat verilir. Reabilitasiya müddətində təyin edilmiş dərmanlarla təmin edilmə və fizioterapevtik prosedurların aparılması (fizioterapiya, tibbi massaj, müalicəvi idman, akupunktura, manual terapiya daxil olmaqla) sığorta planına daxil olunmur.
Əlavə təminatın təsviri:
- - Onkoloji xəstəliklər:
Xoşxassəli yenitörəmələrin əməliyyat edilməsi xəstənin həyatı və yaşaması üçün zəruri hal təşkil edildiyi vəziyyətlərdə cərrahiyyə əməliyyatı üzrə təminat verilir.
Bədxassəli yenitörəmələrinin cərrahi müalıcəsinə təminat verilir.
Qeyd: Kimyəvi üsulla müalicə kursu və bu prosedurun keçirilməsi üçün istifadə olunan dərmanların daxil olunması yalnız cərrahiyyə əməliyyatı keçirildikdən sonra 3 ay müddət ərzində həkim tərəfindən tibbi göstəriş olduğu halda reabilitasiya yardım planı çərçivəsində təminat verilir.
- - Kardiocərahiyyə:
Yalnız sığorta müddəti ərzində baş vermiş miokardın kəskin infarktının müalicəsi üçün tələb olunan və həkim tərəfindən təyin edildiyi halda aorto-koronar şuntlama və kardiostentlərin qoyulması üçün əməliyyatlarının keçirilməsi üzrə təminat verilir. Əməliyyat olunmanın zəruriyyəti təsdiq edildiyi halda angioqrafiya üzrə xərcləri sığorta şirkəti öz üzərinə götürür.
- - Orqan transplantasiyası
Yalnız bədbəxt hadisənin baş verməsi nəticəsində orqan transplantasiyası üzrə cərrahiyyə əməliyyatları sığorta təminatına daxildir.
Qeyd: Transplantasiya üçün tələb olunan donor orqanının axtarışı və alınması və həmçinin bu məqsədlə həyata keçirilən ödənişlər sığorta planına daxil deyil. Transplatasiya üçün canlı donor istifadə edildiyi halda donor orqanı almaq məqsədi ilə aparılan cərahhiyə əməliyyatı üzrə xərclər sığorta şirkəti tərəfindən ödənilmir. Əməliyyat nəticəsində donor organı gəbul olunmadığı halda təkrar transplantasiya üzrə təminat həmin sığorta müddəti ərzində sığorta planına daxil deyil.
- - Aşağı ətrafların venalarının varikoz genişlənməsi (cərrahiyyə əməliyyatı)
Aşağı ətrafların venalarının varikoz genişlənməsi üzrə tələb olunan cərrahiyyə əməliyyatına təminat verilir. Damar ulduzcuqlarının aradan qaldırılması məqsədilə aparılan əməliyyat müdaxiləsi plastik cərrahiyə sayılır və bu təminat sığorta planına daxil deyil. Varikosele anadangəlmə patalogiya hesab olunduğu üçün aparılan əməliyyat müdaxiləsi sığorta planına daxil deyil. Reabilitasiya çərçivəsində müdaxilə sonrası tələb olunan yardımçı tibbi ləvazimatlar, elastik bintlər, corablar və s. sığorta planına daxil deyil.
- - Oynaqların endoprotezləndirilməsi, ətrafların protezləndirilməsi.
Oynağın endoprotezlə əvəzedilməsi, ətrafların protezləndirilməsi üzrə cərrahiyyə əməliyyat (anadangəlmə patologiyalar istisna olmaqla) xərcləri sığorta planına daxildir. Endoprotezin özünün dəyəri, protezlərin dəyəri sığorta planına daxil deyil.
* Sığorta planına daxil olmayan xəstəliklər və hadisələr barədə burdan ətraflı məlumat ala biləcəksiniz
TİBBİ YARDIM ÜÇÜN MÜRACİƏT ETMƏ QAYDASI:
- -Sığorta hadisəsi baş verdikdə, yəni stasionar tibbi yardım alınması tələb olunduqda Biz təkidlə məsləhət görürük ki, Siz dərhal sığorta şirkətinin Məsləhət-Dispetçer mərkəzi ilə əlaqə saxlayasınız və Bizim həkim-koordinatorlarımız Sizə tez bir zamanda yüksək səviyyədə tibbi xidmət almaq üçün sığorta şirkətinə tələb olunan məlumatların verilməsi barəsində məsləhət verəcəklər.
- -Əvvəlcədən Sığorta Şirkəti ilə razılaşdırılmayan hər hansı müalicə, müayinə və s. tibbi xidmətlər üzrə sığorta təminatı verilmir.
- -İlkin ekspertiza üçün sığorta şirkətinə aşağıdakı məlumatların təqdim olunması tələb olunur və Sığorta şirkəti bu məlumatların məxfi qalmasını öz öhdəliyinə götürür:
- -Sığortalının adı, soyadı, atasının adı və mümkün olarsa sığorta polisinin nömrəsi.
- -Müayinə aparılan tibbi müəssisənin adı
- -Müayinə aparan həkimin adı, soyadı və əlaqə nömrələri
- -Tibbi diagnozun ətraflı təsviri
- -Qeyd olunan sığorta hadisəsi ilə əlaqədar keçirilən bütün diaqnostik və laborator tədqiqatlar üzrə orijinal sənədlər.
- -Həkim tərəfindən stasionar yardımın tələb olunduğunu təsdiq edən göndəriş
Bütün yuxarıda sadalanan sənədlər təqdim olunandan sonra Bizim yüksək təcrübəli tibbi ekspert tərəfindən sığorta hadisəsinin tibbi ekspertizası keçirələcək.
Sığorta şirkətinin tibbi ekspertizası tərəfindən sığorta hadisəsinin sığorta şirkəti və pasient arasında bağlanılmış müqavilənin şərtlərinə müvafiq olaraq baş verilməsi təsdiq olunduqdan sonra, sizə diaqnozdan asılı olaraq tələb olunan tibbi xidmət üzrə yüksək təcrübəli tibbi mütəxəssislər və ən yaxşı tibbi müəssisələr məsləhət görüləcək, klinikalarda konsultasiya ilə təmin olunacaq, bütün zəruri olan prosedurlar barəsində təlimatlar veriləcək, həmçinin tibbi yardımın keçirilməsi üzrə keyfiyyər zəmanətinin təqdim olunması üçün nəzarət olunacaq.
Məsləhət-Dispetçer şöbəsi ilə (012) 950 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz:
- PODRATÇI MÜƏSSİSƏLƏR
Bizim şirkət özünəməxsus yüksək səviyyəli tibbi yardım sistemi yaratmışdır. Bu sistemə Bakı və Azərbaycan ərazisində fəaliyyət göstərən qabaqcıl tibb müəssisələri daxildir. Bu siyahıya daxil olan klinikalar və apteklər Sizə yüksək səviyyəli tibbi yardım göstərməyə hazırdır.
TİBBİ MÜƏSİSƏLƏR
Mərkəzi Klinika |
* |
Bakı, Parlament küç., 76 |
' |
439 24 30 |
Mərkəzi Neftçilər Xəstəxanası |
* |
Bakı, Yusif Səfərov küç., 19 |
' |
490 13 19 |
“Mediluks”* |
* |
Bakı, O.Salamzadə küç., 66B |
' |
563 55 05 |
“Ortoped” Özəl Şəhər Xəstaxanası |
* |
Bakı, Səməd Vurğun küç., 138 |
' |
440 51 11 |
“Uniklinika” Endo Klinika * |
* |
Bakı, B.Ağayev küç., 115 |
' |
510 80 70 |
“Diaqnoz” Tibb Mərkəzi |
* |
Bakı, Sarayev küç., 19 |
' |
(050) 323 31 98 |
“HB Co Ltd” Tibb Mərkəzi |
* |
Bakı, Atatürk prospekti, 3078-ci məhəllə |
' |
436 14 96 |
“NEW GANJA” Tibb Mərkəzi |
* |
Gəncə şəhəri, Yeni Gəncə qəs., 28 May küçəsi |
' |
051 386 46 13 |
“Real Tibb Mərkəzi” |
* |
Sumqayıt, 45-ci məhəllə, ev 14 |
' |
(018) 642 45 80 |
“N-KAY-M” Tibb Mərkəzi |
* |
Xaçmaz, N.Nərimanov küç., 49 |
' |
(0172) 3 66 77 (74) |
DNK Tibb Mərkəzi |
* |
Gəncə,20 Yanvar küç., 52 |
' |
(994 222) 59-07-15 |
OKI Qusarı* |
* |
Qusar, F.Mustafayev küç., 27 |
' |
(0138) 5 29 15 |
“Podratçı Tibbi Müəssisələr” tərəfindən Sizə təqdim olunan tibbixidmətlərin səviyyəsindən hər hansı narazılığınız olarsa, aşağıda göstərilən əlaqə vasitələri ilə dərhal şirkətimizə məlumat verin:
Mob: 050-225-31-30
Telefon: 012 493-53-09;
E-mail: [email protected]
Bizim expertimiz dərhal suallarınıza cavab verəcək, yaranmış problemi maraqlarınız nöqteyi-nəzərindən və Sizi qane edəcək şəkildə həll etməyə çalışacaq. Şikayətiniz əsasında problemin həlli üçün mümkün olan bütün zəruri tədbirlər həyata keçiriləcəkdir. Əmin edirik ki, Sizin ən yüksək səviyyəli tibbi yardım almaq imkanınız var.