Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Salam. mənə məxsus 90 FB 570 dövlət qeydiyyat nişanlı Kia Cerato avtomobili ilə 2 İyun 2018-ci il tarixində Qəbələ rayonun ərazisində qəza baş vermişdir. Bu qəza nəticəsində mənə məxsus sözügedən avtomobilin sol ön farasına , qanad və bufferinə ziyan dəymişdir. Sigorta və polis əməkdaşları öz növbələrində hadisə yerində qeydiyyatlar aparmışlar. O tarixdən bu günə kimi hələ də ATA sigorta (İsmayıl Qurtqaşınlı 3-5 ünvanında yerləşən )şirkətindən ödənişi ala bilmirəm. Ən son 3 gün öncə ATA sigortada oldugum vaxt məndən zərər dəymiş ön sol faranın özüm tərəfindən dəyişdirildikdən sonra köhnə yəni vuruq faranı onlara təhvil verməyimi tələb edirlər. Yalnız bu haldan sonra mənə vəsaitin ödəniləcəyini bildirirlər.Mənim isə buna maddi olaraq gücüm çatmır və düşünürəm ki, belə bir tələb qanunvericiliyimizə uyğun deyildir. Bu hadisəyə görə mənə hesablanmış məbləğ 1050 manatdıq. Halbuki yeni fara 1350 manatdı. 400 manat isə qanadla rənglənmə işlərinə artıq mənim özüm tərəfimdən ödəniş edilmişdir. Hadisənin üstündən 5 ay müddət keçməyinə baxmayaraq hələ də məni hər gün get-gələ salaraq ödəniş də etmirlər. Düşünürəm ki, Siz bununla bağlı ciddi tədbirlər görülməyində mənə öz köməkliyinizi edəcəksiniz. ( P.S eyni müqavilə ilə 2013-cü ildə də hadisə olmuş avtomobilin sol yan güzgüsü qırılmış əlavə rənglənmə işləri də aparllmış və mənə 700 manata ödəniş edilmişdir. Lakin o vaxt məndən köhnə ehtiyyat hissəsini təhvil verməyi və yenisini özüm almağımı heç kim məcbur etməmişdir)