Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Sağlamlığımda ciddi problem çıxdı. A-Group Sığortanın müştərisi olduğumdan onlara müraciət edərək həkimə getdim. Müayinələr zamanı problemin həllinin minlərlə manat vəsait aparacağı məlum oldu. Nəticələr klinika tərəfindən sığortaya göndərildi. A-Group inanılmaz diqqət və qayğı göstərdi, bütün məsrəfləri son qəpiyinədək qarşıladı. Hələ bu azmış kimi gözümü açanda yanımda mənə göndərilmiş hədiyyələrini də gördüm. Bu isə mənə sonsuz güvən və sevinc hissi bəxş etdi. Azərbaycanda bu səviyyədə sığorta şirkətinin olduğuna və onların müştərisi olduğuma görə çox məmnunam.