Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Salamlar! mənim avtomobilim paşa sığortada kaskodadır. hadisə baş vermişdi mən hadisə ilə bağlı Paşa Sığortaya bildirdim və mənə en tez şəkildə cavab verildi qiymətləndirildi və ödəniş təqdim olundu. Forma 4 belə özləri aldılar. keyfiyyətindən razıyam .. sığorta ödənişi mənə 3 iş gününə ödənildi. istər çağrı mərkəzinin əməkdaşı Babayev Pərviz olsun istər göstərilən xidmət olsun. mən bir müştəri kimi çox razı qaldım ilk dəfə idi çünki. hər kəsədə məsləhət görərəm . Hörmətlə Süleyman bəy