Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Bildirmək istəyirəm ki, 21 mart 2019-cu il tarixdə idarə etdiyim "Nissan SUNNY" markalı 90DL848 dövlət nömrə nişanlı avtomobili Zeynal Zeynalov idarə etdiyi "Mersedes" markalı 90NS172 nömrəli maşınla vurmuş, nəticədə avtomobilimə ciddi ziyan dəymiş və salonda olan 3 nəfər ailə üzvü kəllə-beyin travması almışdır. Bu hadisə videoregistor vasitəsilə çəkilmişdir. Hadisə yerinə gələn "Atəşgahsığorta" şirkətinin KAMİL adlı qəza komissarı açıq-aşkar Zeynal Zeynalova hadisəni törətdiyini boynuna almamağı tələb edərək dələduzluq etmiş,özünün qeyri-qanuni tərtib etdiyi sənədə imza etmədiyi üçün mənə hədə-qorxu gəlmişdir.
Hadisə ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə və müstəntiqin Qərarına əsasən Zeynal Zeynalovun Yol hərəkəti haqqında Qanunun 42-ci maddəsinin 1-ci və İXM-nin 327.8-ci maddəsinin tələblərini pozaraq hadisəni törətdiyi sübuta yetirilmişdir.
İcbari Sığorta Haqqında Qanunun 17-ci maddəsində göstərilən sənədləri rəsmi qaydada 21.06.2019-cu il tarixdə "Atəşgahsığorta" şirkətinə təqdim edilmişdir. Həmin Qanunun 18-ci maddəsinə əsasən 7 iş günü ərzində sığorta ödənişi verməli olduqları halda, məni prokurorluq orqanları ilə tutduracaqları ilə hədələyərək sığorta ödənişini almaqdan imtina etməyi tələb etmişlər və uzun müddətdir ki, əsassız olaraq süründürməçiliyə yol verirlər.