Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Bal
+1
Həll edilib
Atəşgah Sığorta
"Qeyd olunan şikayətlə əlaqədar bildirmək istərdik ki, vətəndaş Sudef Xəlilova məxsus 99 KU 366 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin qiymətləndirməsi zamanı zərərçəkən ona təklif olunan məbləğlə razılaşmadığı üçün işə müstəqil ekspert cəlb olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: “Maddə 16. Zərərin müəyyənləşdirilməsi 16.1. Sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir.[27] 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır”. 22.1. Sığortalının aşağıdakı hüquqları vardır: 22.1.3. əmlaka və ya sağlamlığa dəymiş zərərin məbləğini müəyyənləşdirmək məqsədi ilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş hər hansı müstəqil ekspertin xidmətlərindən istifadə etmək;[40] 22.1.4. sığortaçı və ya müstəqil ekspert tərəfindən dəymiş zərərin miqdarının və sığorta ödənişinin məbləğinin müəyyən edilməsinin nəticələri ilə tanış olmaq; Maddə 24. Zərərçəkənin hüquqları 24.1. Zərərçəkənin aşağıdakı hüquqları vardır: 24.1.4. müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək; 24.1.6. sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək;” Nəticədə şikayətçi müstəqil ekspertin verdiyi qiymətləndirmə məbləği ilə - 612.5 AZN (altı yüz on iki manat əlli qəpik) sığorta ödənişi ilə razılaşmışdır.
2018-10-31 15:30:18
Portal administratoru
Hörmətli müştəri! Rəy bildirdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Lakin qeyd olunan məsələdə, sığorta ödənişi ilə bağlı ikitərəfli razılıq əldə olunduğuna görə, reytinq balını -3 olaraq deyil -1 olaraq qəbul edirik. Hörmətlə, Azərbaycan Sığortaçılar Assosiasiyası
2018-10-31 15:30:18