Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3,58 indeksi ilə) olub.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının noyabr ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkət - "Bakı Sığorta" isə 1.64 indeksi ilə “Atəşgah Sığorta” 1.98 indeksi ilə siyahıda üçüncü olub.
Avto-icbari sığorta icazəsi ləğv edilən “AZSIĞORTA”, "İpək Yolu Sığorta", "A-Qroup Sığorta" və lisenziyası ləğv olunmuş "Günay Sığorta" üzrə göstəricilər siyahıda nəzərə alınmayıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir:
Cədvəl. Avto-icbari sığorta üzrə şikayət indeksi, Dekabr 2022 - Noyabr 2023 |
|||
Sığortaçılar |
Şikayət indeksi |
||
"Xalq Sığorta" ASC |
3,58 |
||
"Bakı Sığorta" ASC |
1,85 |
||
“Atəşgah Sığorta” ASC |
1,58 |
||
"AtaSığorta" ASC |
1,19 |
||
“Azərsığorta” ASC |
1,17 |
||
"Azərbaycan Sənaye Sığorta" ASC |
0,73 |
||
“Paşa Sığorta” ASC |
0,54 |
||
"Meqa Sığorta" ASC |
0,46 |
||
"Qala Sığorta" ASC |
0,38 |
||
"Naxçıvansığorta" ASC* |
0,00 |
||
|