Xaricdən alınaraq ölkəmizə gətirilən avtomobillərin daşıma xərcləri kəskin bahalaşıb.
Xezerxeber.az-ın məlumatına görə, ABŞ-dən avtomobillərin alınması və daşınması xidmətini göstərən şirkətlərdən birinin direktoru olan Hafiz Əmiraslanov deyib ki, son bir ildə daşıma qiymətləri 1 000 dollara yaxın bahalaşıb.
ABŞ-dən alınan avtomobillərin daşıma müddəti iki-dörd ay çəkir. Şirkət nümayəndələri avtomobil alarkən əlavə maddi ziyana düşməmək üçün bəzi nüanslara diqqət etməyi tövsiyə edirlər.
ABŞ ilə yanaşı, Koreyadan alınan avtomobillərin də daşıma xərcləri artıb. Bu işlə məşğul olanlar bildirirlər ki, Koreyadan avtomobillər həm konteynerlə, həm də “Ro-Ro” gəmisi ilə açıq formada daşınır. Konteynerlə daşıma qiymətləri isə “Ro-Ro” gəmisi ilə müqayisədə ucuzdur.
Qeyd edək ki, hazırda xüsusilə ən çox ABŞ və Koreya bazarlarından ikinci əl avtomobillər alınaraq ölkəyə daşınır.
Mənbə: Fins.az