preloader gif

AMB: "Yaşayış evlərinin 90 %-i, kommersiya obyektlərinin 70 %-i sığortasızdır"


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:03 06.12.2022

Azərbaycanda yaşayış evlərinin 90 %-i, kommersiya (biznes) obyektlərinin isə 70 %-i icbari qaydada sığorta edilməyib.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən "Türk Maliyyə Sektoru Liderlər Zirvəsi" tədbirində Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib.

"Odur ki, əhali və biznesin əmlakla bağlı risklərinin çoxu hələ də dövlətin üzərindədir. Daşınmaz əmlakın icbari sığortası sahəsində islahatlara, eləcə də Türkiyə təcrübəsindən yararlanmağa, qardaş ölkənin intellektual dəstəyinə ehtiyacımız var. Sığorta sektorunun rəqəmsallaşması, data bazasının formalaşması ilə bağlı Türkiyənin SBM modelini Azərbaycana gətirmək istəyirik. Bu istiqamətdə işlərimiz var. Bu model olduqdan sonra sığortaçıların dataya olan ehtiyacları yüksək səviyyədə ödəniləcək", - deyə o qeyd edib. 

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET