Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında “Sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” saziş imzalanıb.
"Fins.az" xəbər verir ki, hər iki ölkənin daxili işlər nazirlərinin müavinləri Oruc Zalov və Xəlifə Hərib Əl-Xeyli müvafiq Anlaşma Memorandumu imzalayıblar.
BƏƏ DİN-dən bildirilib ki, sənəd Azərbaycan və BƏƏ-də verilmiş sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və imtahansız dəyişdirilməsini nəzərdə tutur.*
Mənbə: Fins.az